Ordumuzun əsgəri günvurmadan dünyasını dəyişib
08 Avqust 2011 Bazar Ertəsi 11:06
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 2011-ci ildə Babək Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Saməddin Mətləb oğlu Quliyev naməlum şəraitdə dünyasını dəyişib. Onun günvurmadan öldüyü bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin ölüm faktını təsdiqləyib. O, qeyd edib ki, hazırda əsgərin ölümünün səbəbləri araşdırılır.
DOSTLARINLA PAYLAŞ: