Hadisə

Ordumuzun əsgəri Fərid Fərəcov şəhid olub

Fərid Fərəcov erməni snyaperlərinin açdığı atəş nəticəsində boğaz nahiyyəsində yaralanaraq həlak olub.

· Xəbərçi
Ordumuzun əsgəri Fərid Fərəcov şəhid olub
Bu gün səhər saatlarında Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində həlak olan Milli Ordunun əsgəri Fərəcov Fərid Vidadi oğludur. O, erməni snyaperlərinin açdığı atəş nəticəsində boğaz nahiyyəsində yaralanaraq dünyasını dəyişib.
Qeyd edək ki, Fərid Fərəcov Şuşa Rayon Hərbi Komissarlığından iyul ayında hərbi xidmətə çağrılmışdı. ANSPRESS

Şərhlər