Ordumuzun əsgəri erməni gülləsinə tuş gəlib
17 Fevral 2011 Cümə Axşamı 11:23
Döş qəfəsindən yaralanan Bilalov Vüsət hospitala yerləşdirilib
Azərbaycan Milli Ordusunun əsgəri Ermənistan silahlı qüvvələrinin açdığı gülləyə tuş gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün səhər saat 08:15 radələrində 1991-ci il təvəllüdlü əsgər Vüsət Vasif oğlu Bilalov Tərtər rayonunun Qızıloba kəndi yağınlığında ermənilərin açdığı atəş nəticəsində döş qəfəsindən yaralanıb.

Əsgər dərhal hospitala yerləşdirilib.

Qeyd edək ki, əsgər Vüsət Bilalov 2010-cu ilin yanvar ayında Şamaxı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar