Cəbhə xətində daha bir əsgərimiz yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Telman Əlişah oğlu Seyfullayev sol budundan güllə yarası alıb. Əsgər təcili olaraq hospitala yerləşdirilib.
Qeyd edək ki, T. Seyfullayev 2010-cu ilin iyulunda Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Ordumuzun əsgəri erməni gülləsinə tuş gəldi
Əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib




Şərhlər