Milli Ordunun əsgəri, 19 yaşlı Cavid Elşən oğlu Əliyev döyüş növbətçi yük maşınının təkərinə hava dolduran zaman partlayış baş verib. Əsgər başından aldığı xəsarətdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, C. Əliyev 2010-cu ildə Ağdaş Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. APA
Ordumuz daha bir əsgərini itirib
Azərbaycan Ordusunun əsgəri ölüb. APA-nın məlumatına görə, hadisə bu gün Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.




Şərhlər