“Opel” markalı avtomobillə traktor toqquşub. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hadisə Bakı-Quba yolunda, Nərimanabad kəndi ərazisində baş verib. Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 1968-ci il təvəllüdlü Quliyeva Nərgiz Vaqif qızı ağır xəsarət alıb.
43 yaşlı qadın ağır vəziyyətdə Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyə çalışır.
Faktla bağlı araşdırma aparılır.
Opel ilə traktor toqquşdu
1 nəfərin xəsarət aldığı hadisə Qubada baş verib.




Şərhlər