Ömrünün 31 ilini həbsxanada keçirən gəncəli yenidən tutulub
20 İyul 2010 Çərşənbə Axşamı 22:15
Oğurluq edən şəxs təhlükəsizlik kameralarının qurbanı olub.
Gəncə Mərkəzi Univermağından edilmiş oğurluq hadisəsinin üstü açılıb. Şəhər Polis İdarəsindən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 57 yaşlı Firdovsi Axundov saxlanılıb.
Məlum olub ki, F.Axundov bu il aprelin 27 -də saat 14:00 radələrində univermağın telefon satışı bölməsinə daxil olub. Mobil telefonlara baxan zaman gizli yolla orada satıcı kimi çalışan Gülşən Həsənovanın əl çantasını oğurlayıb.
Çantada 345 manat pul, bir ədəd kompüterin yaddaş kartı, seyf açarı və digər əşyalar olub.
Cinayətin açılması üzərində Gəncə şəhər Polis İdarəsinin istintaq qrupu işləyib. Mağazaya əvvəlcədən quraşdırılan təhlükəsizlik kameralarının lentə aldığı görüntüləri nəzərdən keçirən zaman müəyyən olunub ki, həmin cinayəti törədən şəxs ömrünün 31 ilini həbsxanada keçriən F. Axundovdur.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrarən oğurluq etmə) maddəsi ilə cinayət işi başlanılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: