Ölülələrə pensiya verildiyi aşkarlanıb
12 Avqust 2011 Cümə 00:56
Hökumət 1,88 milyon avronu kimlərin mənimmədiyini araşdırır
Yunanıstan hökuməti artıq dünyasını dəyişdiyin aydınlaşmış 1500-ə yaxın uzunömürlüyə pensiya verilməsini dayandırıb. Dövlət Sosial Sığorta Fondu daxili yoxlama zamanı üzə çıxarıb ki, həyatda olmayan 1473 təqaüdçüyə ümumilikdə 1,88 milyon avro pensiya verib. Hazırda ölmüş şəxslərin pensiyalarını kimlərin aldığı araşdırılır.
Bu, sosial müavinətlər sahəsindəki hiylələrlə bağlı ilk hadisə deyil. Əvvəllər məlum olmuşdu ki, Zakinf adasında əhalinin 2 faizdən çoxu korluğa görə vəsait alır. Lakin araşdırma nəticəsində aşkarlanıb ki, “kor”lardan biri avtomobil idarə edir, daha biri isə müntəzəm olaraq ova gedir.
DOSTLARINLA PAYLAŞ: