Oğurluq edən əmioğlular tutulub
17 Aprel 2009 Cümə 14:35
Qohumlar həmçinin Siyəzən sakinləri olan Vasif və Vahid Məmmədovları döyüblər

 

Siyəzən rayonunda iki əmioğlu -19 yaşlı İlkin Məmmədov və 21 yaşlı Arif Məmmədov Siyəzən sakinləri, ata-oğul Vasif və Vahid Məmmədovları döydüklərinə görə saxlanılıblar. ANS PRESS-in bölgə müxbirinin  məlumatına görə, bölmədə araşdırma zamanı məlum olub ki, onlar rayon ərazisində iki mağazadan oğurluqda da şübhəli bilinirlər. Qohumlar yanvarın 28-də mağazadan 40 manat, martın 5-də isə digər bir mağazadan 260 manat pul və ərzaq oğurlayıblar. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qəti-imkan tədbiri seçilib.

A.Məmmədov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. İ.Məmmədovun üzərində yetkinlik yaşına çatmadan adam bıçaqladığı üçün sınaq cəzası olduğuna görə onun barəsində həm xuliqanlıq, həm də oğurluq maddələrilə cinayət işi açılıb. İ. Məmmədov həm mağazadan oğurluq etdiyini, həm də iki nəfəri döydüyünü boynuna alsa da, A.Məmmədov ittihamları qəbul etməyib.

Aytəkin Alxaslı/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar