Oğul atasını yumruqla döyərək öldürdü
26 Noyabr 2010 Cümə 13:30
Hadisə mübahisə zəminində baş verib
Bakının Xəzər rayonu ərazisində oğul atasını döyərək öldürüb. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində baş verib.

Noyabrın 12-də axşam saatlarında Rövşən Atakişiyev ailə münaqişəsi zəminində sərxoş vəziyyətdə olan atası 64 yaşlı Vahid Atakişiyevlə mübahisə edib. Mübahisə zamanı o, atasına bir neçə yumruq zərbəsi endirib. V.Atakişiyev aldığı zərbələrdən yıxılıb və başından ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən V.Atakişiyev noyabrın 24-də orada dünyasını dəyişib.

R.Atakişiyev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar