Hadisə

Oğul atasını qətlə yetirib

Qətl ailə münaqişəsi zəminində baş verib

· Xəbərçi
Oğul atasını qətlə yetirib

Gəncə şəhərində oğul atasını qətlə yetirib.Daxili İşlər Nazirliyinin məlumatına görə, Gəncə şəhəri M. Hüseynzadə küçəsində yaşayan Pünhan İbrahimov ailə münaqişəsi zəminində atası Hafizə ölümcül bıçaq xəsarəti yetirib. H. İbrahimov aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. /ANS PRESS/

Şərhlər