Oğul atasını iş yerində öldürdü
24 Dekabr 2011 Şənbə 17:04
55 yaşlı F.Fərəcov avtomobil dayanacağında gözətçi işləyirmiş.
Bakıda dəhşətli qətl hadisəsi törədilib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 23-də Rəsulzadə qəsəbəsi Qayıbov küçəsinin sakini, 1981-ci il təvəllüdlü Cəlilov Mehdi Fərəc oğlu atası, 1956-cı ildə anadan olmuş Cəlilov Fərəc Cəlil oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Məlumata görə, 30 yaşlı M.Cəlilov atasının Binəqədi rayon 6-cı mikrorayon ərazisində işlədiyi avtomobil dayanacağına gəlib və onunla mübahisə edib. Daha sonra M.Cəlilov onun boyun və kürək nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirib. 55 yaşlı F.Cəlilov hadisə yerindəcə keçinib.
Hadisəni törədən oğul tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, 55 yaşlı F.Fərəcov avtomobil dayanacağında gözətçi işləyirmiş.
DOSTLARINLA PAYLAŞ: