Hadisə

Oğul atasını dəryazla öldürdü

Oğul atasını dəryazla öldürdü. Hadisə ailə münaqişəsi zəminində baş verib.

· Xəbərçi
Oğul atasını dəryazla öldürdü
Şabran rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat ximətindən verilən məlumata görə, hadisə iyunun 22-də Şabran rayonunun Qorğan kəndində qeydə alınıb.

Kənd sakini Oruc Şıxəliyev ailə münaqişəsi zəminində atası Ağasəlimə dəryazla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən A.Şıxəliyev iyunun 23-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər