Türkiyədə oğruların olması barədə əldə etdiyi məlumatla ünvanlara keçirdiyi əməliyyat vaxtı polislər 13 yaşlı 4 aylıq hamilə uşaq aşkarlayıb. “Milliyet” qəzetinin məlumatına görə, İstanbulun Sultanqazi məhəlləsində son vaxtlar oğurluq hadisələrinin çoxalması ilə polis əldə etdiyi ünvanlarda ardıcıl əməliyyatlara başlayıb. Əməliyyat vaxtı bir çox şübhəlini yaxalayan və oğurlanmış əşyaları ələ keçirən polis evlərdən birində 13 yaşlı 4 aylıq hamilə Z. K. –də aşkarlayıb. Araşdırma nəticəsində 13 yaşlı Z.K.-nın 14 yaşlı İ. E. ilə qeyri-rəsmi ailəli olduğu məlum olub. Polis əməliyyatlar çərçivəsində aralarında 2 azyaşlı və 9 qadın olmaqla 35 nəfəri saxlayaraq nəzarətə götürüb. Faktla bağlı istintaq davam edir. ANSPRESS
Oğruları axtaran polis 13 yaşlı hamilə qız aşkarlayıb
Araşdırma nəticəsində 13 yaşlı Z.K.-nın 14 yaşlı İ. E. ilə qeyri-rəsmi ailəli olduğu məlum olub




Şərhlər