Hadisə

Oğrular məscidin nəzir qutusunu qarət etdilər

Məscidin ehtiyacları üçün nəzərdə tutulan yardım qutusu artıq 4-cü dəfə oğurlanıb

· Xəbərçi
Oğrular məscidin nəzir qutusunu qarət etdilər
Türkiyə Kocaeli vilayətində məscidin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan nəzir qutusu oğurlanıb. Qeyd edək ki, Kocaeli vilayəti Körfəz rayonu Fateh məhəlləsindəki “Fateh” məscidində analoji hadisə artıq 4-cü dəfədir təkrarlanır. Daha əvvəl məsciddə 3 dəfə oğurluq hadisəsi baş verdikdən sonra dindarlar məbədə təhlükəsizlik kameraları yerləşdirib. Ötən gecə növbəti dəfə pəncərədən məscidə daxil olan oğrular kameranı söndürməyə müvəffəq olaraq 4-cü dəfə nəzir qutusunu oğurlayıblar.

“Fateh Məscidi” dərnəyinin sədri Cəmil Türkoğlu isə artıq oğurluğun qarşısını ala bilmədiklərini deyib.

Şərhlər