Oğru iş başında öldü
17 Fevral 2012 Cümə 23:17
Hadisə paytaxtın Nizami rayonunda baş verib.
Paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsi 18, mənzil 15-dən oğurluğa cəhd edilib. Naməlum şəxsin göstərilən ünvanda 5-ci mərtəbədə yerləşən mənzilə binanın damından daxil olmaq istəyi onun həyatı bahasına başa gəlib. 25-ci Polis Bölməsində aparılan araşdırma zamanı oğurluğa gedərkən dünyasını dəyişən şəxsin kimliyinə aydınlıq gətirilib.

Elçin Rəcəbovun meyiti müayinə edilərkən onun üst geyiminin cibində evə daxil olmaq üçün istfiadə edilən alətlər də aşkar edilib. Bu fakt da Elçinin çağrılmadığı mənzilə heç də xoş niyyətlə daxil olmadığını göstərir.

Qeyd edək ki, E. Rəcəbov 1961-ci il təvəllüdlüdür. O, Sumqayıt şəhərində yaşayıb. Mənzil oğurluqları isə Rəcəbovun uzun illərdir ki, məşğul olduğu sevimli peşəsi imiş.

Baş verən hadisə ilə bağlı 25-ci Polis Bölməsində toplanan materiallar artıq Nizami Rayon Prokurorluğuna göndərilib. “Ov”a gedərkən “ovlanan” E. Rəcəbovun dünyasını dəyişənə qədər binaların damından istifadə edərək neçə evi qarət etdiyi də araşdırmalardan sonra məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar