Hadisə

Oğlunun ölümünə dözməyən ana özünü yandırdı

Onu ölümdən nəvəsi xilas etdi

· Xəbərçi
Oğlunun ölümünə dözməyən ana özünü yandırdı
Azərbaycanın Quba rayonunda intihara cəhd hadisəsi baş verib. Rayon prokurorunun müavini Samir İsmayılovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə bu gün səhər saaatlarında rayonun Aşağı Xuc kəndində qeydə alınıb.

75 yaşlı kənd sakini Qızxanım Zəki qızı Əhmədova üzərinə neft tökərək özünü yandırıb. Onun bu hərəkətini görən nəvəsi hadisəyə tez müdaxilə edib və yaralı təcili olaraq rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin dediyinə görə, yaralı əl və üz nahiyəsindən yüngül xəsarətlər alıb. Xəstə həyat təhlükəsini adlayıb.

Hadisənin səbəbinə gəlincə isə, C.İsmayılov bildirib ki, bu gün yaşlı qadının Şahin adında oğlu ürək çatışmazlığından dünyasını dəyişib. Oğul itkisinə dözməyən ana özünü yandıraraq intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər