Oğlan qaçırdığı qızı boğub öldürdü
09 Oktyabr 2014 Cümə Axşamı 11:44
Rayonda tapılan qızın meyiti ilə bağlı maraqlı məlumat əldə olunub.
Ağcabədi rayonunda tapılan qızın meyiti ilə bağlı maraqlı məlumat əldə olunub.

ANS PRESS-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, qızın meyiti bu gün səhər rayonun Cəfərbəyli kəndi ərazisindən keçən kanalın kənarında tapılıb. Əldə etdiyimiz məlumata görə, hələlik adını dəqiqləşdirə bilmədiyimiz qız Gəncə sakini olub. Qızın özünün razılığı ilə tanıdığı oğlan (onun da adı hələlik məlum deyil) qaçırıb. Onlar bu gün səhər saatlarında Ağcabədi rayonunun Cəfərbəyli kəndinin girişində maşından düşərək oğlanın kənddə yaşayan dayısıgilə gediblər. Məlumata görə yolda olarkən qızın anası oğlana zəng edib və onu təhqir edib. Bu zaman oğlanla qız arasında da mübahisə yaranıb. Nəticədə oğlan qızı boğaraq kanalın kənarına atıb.

Cinayəti törədən şəxs artıq həbs olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar