Saat 11.00-də polis şöbəsinə üstü qanlı 2 qadının küçəyə parçalanmış insan cəsədi atması barədə məlumat daxil olub.
Qeyd edək ki, gürcü gəlin Yekaterina Oçidrel və anası İula Oçidrel 9 yaşlı Fırata aid cəsədin parçalarını 91-ci, 137-ci, 140-cı küçələrə atıb. Məlumata görə, gürcü cütlük növbəti cəsəd parçasını 137-ci küçəyə atarkən yaxalanıb və Y. Oçidrel qaçmağa çalışıb. Yekaterina və İula Oçidreli həbs edən polis Fıratın atası Necmi Sezeri də saxlayıb.

Hadisənin baş verdiyi Sultançiftliyi məhəlləsinin sakinləri Fıratın şəxsiyyətini təsdiq edən sənəd olmadığı üşün məktəbə getmədiyini, atası və ögey anası tərəfindən ac saxlanıldığını və mütəmadi olaraq döyüldüyünü deyiblər. Sakinlər azyaşlıya qonşuların yemək verdiyini bildirib.




Şərhlər