Hadisə

Nobel prospektində iki “Mercedes” toqquşub

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobil yararsız vəziyyətə düşüb

· Xəbərçi
Nobel prospektində iki “Mercedes” toqquşub
Ötən gecə paytaxtın Xətai rayonu Nobel prospektində yol nəqliyyat hadisəsi baş verib. Qəza Ədalət Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilin İsa Sultanova məxsus yol kənarında hərəkətsiz dayanmış eyni markalı avtomobilə çırpılması nəticəsində baş verib.

Qeyd edək ki, qəzaya səbəb olan avtomaşın əvvəlcə idarəetmənin itirirlməsi nəticəsində prospektdə quraşdırılmış piyada keçidinə dəyib. Daha sonra sürücü Ədalət Quliyevin idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Qəzanın baş verən ünvanda Xətai rayon polis idarəsi dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Yol nəqliyyat hadisəsinin səbəblərinin müəyyən edilməsi üçün avtotexniki və tibbi ekspertizalar təyin edilib.

Şərhlər