Hadisə

Nobel prospektində 3 avtomobil toqquşub

Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib

· Xəbərçi
Nobel prospektində 3 avtomobil toqquşub
Ötən gecə Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Qəza Nobel prospektində Əliyev Anar Azər oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobilin idarəetməni itirərək Hüseynov Elnur Yusif oğluna məxsus “VAZ 2115” markalı avtomobilə çırpılması nəticəsində baş verib. Hüseynov Elnur Yusif oğlunun idarə etdiyi “VAZ 2115” isə zərbənin şiddəti ilə Əliyev Həsən Əli oğlunun idarə etdiyi “Mercedes”ə çırpılıb.

Faktla əlaqədar Xətai rayon dövlət yol polis şöbəsində araşdırma başlanılıb. Hər üç sürücünün ifadəsi alınıb və sərxoşluq müayinəsindən keçiriliblər. Yol qəzasının hansı səbəbdən baş verməsi isə təyin olunacaq ekspertizaların yekununda müəyyən ediləcək.

Şərhlər