Hadisə

Niyaməddin Musayev avtomobil qəzasına düşüb

Qəzanın şahidləri Xalq artisti Niyaməddin Musayev in xəsarət almadığını deyib.

· Xəbərçi
Niyaməddin Musayev avtomobil qəzasına düşüb
Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. “Xalqlar Dostluğu” istiqamətindən Əhmədli metrostansiyası istiqamətinə hərəkət edən “Toyota Prado” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobilin hissələri bir neçə metr kənara dağılıb.

Hadisənin şahidləri ANS-in kamerasının önünə keçmək istəməsələr də maşını Xalq artisti Niyaməddin Musayevin idarə etdiyini bildirdilər. Onların sözlərinə görə hadisədən bir neçə dəqiqə sonra Xalq artisti başqa bir maşınla ərazidən uzaqlaşdırılıb.

Qəza baş verən ərazidə olan naməlum şəxslər isə ANS-in çəkiliş qrupunun işinə mane olmağa çalışıb.

Şahidlər qəza zamanı sənətkarın xəsarət alamadığını bildiriblər. ANSPRESS

Şərhlər