Daşkəsən rayonunun Bayan kəndində kütləvi zəhərlənmə olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə kənd sakini Hüseyn Cəfərovun həyətində keçirilən nişan məclisində baş verib. Mərasimdə 54 nəfər qidadan zəhərlənib. Onlardan 27 nəfəri (12 azyaşlı, 11 qadın və 4 kişi) Gəncə şəhər Xəstəxanasına, 17 nəfəri (6 azyaşlı, 11 qadın) Göygöl rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, onların vəziyyətləri orta-ağır. 10 nəfər isə xəstəxanaya müraciət etməyib. ANSPRESS
Nişan məclisində kütləvi zəhərlənmə baş verib
Daşkəsəndə baş verən hadisədə 54 nəfər zəhərlənib.




Şərhlər