Hadisə

Niderlandda 3 azərbaycanlı öldürülüb

Hadisə ölkənin cənubunda yerləşən Zveyndrext şəhərində baş verib

· Xəbərçi
Niderlandda 3 azərbaycanlı öldürülüb
Niderlandda əslən azərbaycanlı olmaları güman edilən 3 nəfər öldürülüb. Hadisə ölkənin cənubunda, Zveyndrext şəhərində baş verib. Ana və iki uşaq öz evlərində güllələnib. Daha bir nəfər isə xəsarət alıb.

Ölkənin hüquq-mühafizə orqanları öldürülənlərin azərbaycanlı olmalarını təsdiq etməsələr də, yerli sakinlər buna əmindir.

Faciənin səbəbi hələ ki, aydın deyil. Polis hazırda bütün versiyalar üzərində işləyir.

Şərhlər