Bu gün Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin məlumatına görə, rayonun Cəlil Məmmədquluzadə 106 ünvanında "Azər–Sərfiyyat və İnşaat" şirkətinin əməkdaşları Türkiyə vətəndaşları 28 yaşlı Rəcəb Esen və 46 yaşlı Yılmaz Pəhləvan kanalizasiya borusunu təmizləyərkən qazdan boğularaq dünyalarını dəyişiblər.
Bu barədə məlumatı ANSPRESS-ə şirkətin rəhbəri Nazim Araz verib.
Hər iki şəxsin meyidi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza v Paraloji Anatomiya Birliyinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov /ANS PRESS/