Hadisə

Nəsimi rayonunda atəş səsləri eşidilib

Kubinka adlanan ərazidə qətl hadisəsi törədilib.

· Xəbərçi
Nəsimi rayonunda atəş səsləri eşidilib
Bu gün saat 16 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində güllələnmə hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kubinka adlanan ərazidə Baba adlı şəxs Eyvaz Həkimovu odlu silahdan açdığı atəşlə qətlə yetirib.

Dərhal hadisə yerinə əməliyyatçılar yollanıb. Qətlin ov tüfəngi ilə törədildiyi bildirilir. ANSPRESS

Şərhlər