Nərimanov rayonunda 2 nəfər bıçaqlanıb
20 Aprel 2011 Çərşənbə 06:22
Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub
Ötən gecə Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 28 yaşlı İsrafil Kərimov və 32 yaşlı Rəşad Eyvazov müxtəlif dərəgəli xəsarətlərlə bir saylı şəhər xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, naməlum şəxslərlə mübahisə edən zaiman bıçaq xəsarətləri alan İsrafil və Rəşad özlərini yaxınlıqda taksi kimi fəaliyyət göstərən “Tofaş” markalı avtomobilə çatdıraraq özlərini xəstəxanaya yetişdiriblər. Xəstəxanaya çatdırılan Rəşad Eyvazov və İsrafil Kərimovun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Nərimanov rayon polis idarəsi və 16-cı polis bölməsində araqşdırma başlanılıb. Rəşad və İsrafilə bıçaq xəsarətləri yetirən şəxslərin yerinin muəyyən edərək tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar