Hadisə

Neftçalanın bir hissəsi su altında qalıb

Qarın əriməsi bölgələrdə problemlər yaradıb.

· Xəbərçi
Neftçalanın bir hissəsi su altında qalıb
Azərbaycana yağan qarın əriməsi bölgələrdə problemlər yaradıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Muğan Regional Mərkəzindən daxil olan məlumata əsasən, Neftçala rayonunun Bankə və Xıllı qəsəbələrində bəzi ərazilər qarın intensiv əriməsi nəticəsində su ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.

Şərhlər