Bakıda bıçaqlanma hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında Pirallahı qəsəbəsi 29-cu məhəllə, ev-9, mənzil 4-də baş verib.
Orada yaşayan “SOCAR” Azneft İstehsalat Birliyi “Abşeron Neft” NQÇİ İstehsal-avtomat və Elmi Tədqiqat sexində çilingər işləyən 46 yaşlı Elxan Qurban oğlu Bədəlov qısqanclıq zəminində həyat yoldaşı, “Abşeron Neft” NQÇİ-nin 2-ci mədənində xadimə işləyən 47 yaşlı İsmira Bəxtiyar qızı Bədəlova bıçaqla xəsarət yetirib. Yaralı qarın boşluğunun 1 bıçaq yarası ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Hadisədə şübhəli bilinən E.Bədəlov saxlanılaraq polis bölməsinə gətirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Neft şirkətinin əməkdaşı arvadını bıçaqladı
Hadisə Pirallahıda baş verib




Şərhlər