Hadisə

Neft Akademiyasının müəlimi özünü 5-ci mərtəbədən atıb

71 yaşlı Qabil Əliyev bu gecə intihar edib.

· Xəbərçi
Neft Akademiyasının müəlimi özünü 5-ci mərtəbədən atıb
Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 29-da axşam saatlarında Nərimanov rayonu A. Nemətzadə küçəsi, mənzil 11 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Qabil Xanbaba oğlu Əliyev özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. Məlumata görə, Q. Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında müəllim işləyib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125.1-ci (qəsdən özünü öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir. ANSPRESS

Şərhlər