Hadisə

Nazirliyin əməkdaşı intihar edib

Qəzənfər Hüseynov 17 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindən özünü atıb

· Xəbərçi
Nazirliyin əməkdaşı intihar edib
Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Naxçıvan sakini, 1980-ci il təvəllüdlü Hüseynov Qəzənfər Hüseyn oğlu Ağa Nemətulla, 79 ünvanındakı 17 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindən özünü atıb. Qəzənfər aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qəzənfər Hüseynovun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işlədiyi bildirilir.

Nərimanov Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Hələlik intiharın səbəbləri bəlli deyil.

Şərhlər