Hadisə

Naxçıvanda prorektor üç jurnalisti döydürüb

Naxçıvanda prorektor üç jurnalisti döydürüb. Hadisə Naxçıvan Dövlət Universitetində baş verib.

· Xəbərçi
Naxçıvanda prorektor üç jurnalisti döydürüb
Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerli hüquq-mühafizə mərkəzinin layihəsi çərçivəsində araşdırma aparan vətəndaş cəmiyyətinin üç fəalı döyülüb.

Zərərçəkənlər “Azadlıq” radiosunun Azərbaycan bürosunun regional müxbiri İlqar Nəsibov, digər bir jurnalist və hüquq müdafiəçisi Vəfadar Eyvazovdur.

Verilən məlumata görə, zərərçəkənlər Naxçvıan Dövlət Universitetinin tələbələri arasında sözügedən ali təhsil müəssisəsində mümkün korrupsiya faktlarına dair sorğu aparırmışlar.

“Lakin universitet rəhbərliyi vətəndaş cəmiyyətinin fəallarını binadan qovub, prorektor tərəfindən göndərilmiş gənclərdən ibarət qrup isə fəallara hücüm edərək onları döyməyə başlayıb. Nəticədə hüquq müdafiəçisi və ciddi bədən xəsarətləri alıb. Polis hücum edən şəxslər hadisə yerindən uzaqlaşdıqdan sonra gəlib”, - deyə “Azadlıq” radiosunun məlumatında bildirilir. ANSPRESS

Şərhlər