NATO təyyarələri Qəddafinin iqamətgahını bombalayır
23 Avqust 2011 Çərşənbə Axşamı 04:18
Qiyamçıların nümayəndəsi: “İqamətgah uğrunda döyüş gərgin olacaq və içəridəkilərin qaçmaq şansı qalmayacaq”
NATO təyyarələri Liviya lideri Müammər Qəddafinin Tripolinin Bab əl Əziziyyə rayonundakı iqamətgahını bombalamağa başlayıblar. Məlumatı “Əl Ərəbiyyə” telekanalı qiyamçılara istinadən yayıb.
Bundan əvvəl qiyamçılar bəyan etmişdilər ki, Liviya paytaxtının 95 aizinə nəzarət edirlər. Liviyanın keçid hökumətinin nümayəndəsi deyib ki, ölkənin sərhədlərində yeni nəzarət-buraxılış məntəqələri yaradılıb. Məqsəd Müammər Qəddafi və yaxınlarının Liviyanı tərk etməsinin qarşısını almaqdır. O bildirib ki, Qəddafinin iqamətgahı uğrunda döyüş gərgin olacaq və içəridəkilərin qaçmaq şansı qalmayacaq.
DOSTLARINLA PAYLAŞ: