Əfqanıstanın mərkəzindəki Qəzni vilayətinin Gilan şəhərində NATO qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində azı 8 nəfər ölüb. Onlar özəl təhlükəsizlik şirkətinin mühafizəçiləri olublar və hərbi baza yaxınlığında hərəkət edən avtomobil karvanını müşayiət edirlərmiş.
NATO nümayəndəsinin sözlərinə görə həmin avtomobil karvanı silahlı şəxslərin atəşinə məruz qaldığından mühafizəçilər özləri havadan dəstək istəyiblər. Faktla bağlı araşdırma aparılır.
NATO qüvvələri Əfqanıstana aviazərbələr endirib
Azı 8 əfqan mühafizəçi ölüb




Şərhlər