NATO postunda partlayış: 77 yaralı
11 Sentyabr 2011 Bazar 19:10
11 sentyabr hadisələrinin 10-cu ildönümü Əfqanıstanda terrorsuz ötüşməyib
11 sentyabr hadisələrinin 10-cu ildönümü də terrorsuz ötüşməyib. Əfqanıstanda terrorçu-kamikadze NATO-nun hərbi postunda özünü partladıb. Nəticədə 77 ABŞ əsgəri yaralanıb. İki dinc sakinin isə öldüyü bildirilir.

ABŞ ordusunun mayoru Devid İstbernin açıqlamasına görə, hadisə Vardak əyalətində baş verib. Partlayış zonasında 90-a yaxın adam olub. Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar