NATO aviasiyası Qəddafinin doğma şəhərini bombalayır
26 Avqust 2011 Cümə 03:18
Liviya liderinin yerliləri qiyamçılara müqavimət göstərirlər
NATO aviasiyası Liviya lideri Müammər Qəddafinin doğma şəhəri olan Sirtə bir neçə hava zərbəsi endirib. Məlumatı Suriyadan yayımlanan “Əl Uruba” telekanalı yayıb. Telekanalın məlumatına görə, “Qərb təcavüzkarları Qətər və Birləşmiş Ərəb Əsmirliklərindən Siti bombalayır”. Hadisənin digər təfərrüatları məlum deyil.

Bundan başqa, “Əl Uruba”nın məlumatına görə, Sirtdə Müammər Qəddafini dəstəkləyən yerli sakinlərdə qiyamçı dəstələr arasında qızğın döyüşlər gedir. Bir sutka əvvəl Qərb KİV-i və ərəb telekanalları məlumat yaymışdılar ki, qiyamçılar Sirtin şeyxləri ilə şəhərin qansız təhvil verilməsi ilə bağlı danışıqlar aparır və guya ağsaqqallar buna razılıq veriblər. Lakin tayfa liderləri sonradan bu barədə məlumatları təkzib etdilər və bildirdilər ki, “NATO-nun qulları ilə həlledici döyüş”ə hazırlaşırlar.


“Associated Press” agentliyinin məlumatına görə, Qəddafinin qoşunları Sirtə doğru irəliləyən qiyamçı dəstələrin qarşısını kəsiblər. Hazırda döyüşlər Bin Cavad və Ras-Lanuf yaşayış məntəqələri arasında gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar