Paytaxtın polis əməkdaşları tərəfindən həyata keçirilən iki əməliyyat nəticəsində 2 kq-dan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, ilk əməliyyatı Yasamal RPİ NMB-nin əməkdaşları reallaşdırıb.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bubenes Yuri Eduardoviçdən 1 kq 155 qram tiryək və 840 qram narkotik vasitə olan heroin aşkar edilib.
Xətai RPİ 36-cı PB-nin əməkdaşları isə Tərlan Ələkbərovu saxlayıblar. Ondan 427 qram marixuana aşkar edilərək götürülüb. ANSPRESS
Narkotiklərlə bağlı iki şəxs saxlanılıb
Narkotiklərlə bağlı iki şəxs saxlanılıb. Onlardan biri artıq bir dəfə məhkum olunub.




Şərhlər