“Azərbaycanda narkotiklərlə bağlı cinayət əməllərinə görə bu ilin altı ayı ərzində 1243 nəfər məsuliyyətə cəlb olunub”.
ANS PRESS-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasında Daxili İşlər Nazirliyinin idarə rəisi, general-mayor Həzi Aslanov bildirib.
İdarə rəisinin sözlərinə görə, narkotika cinayətinə görə məsuliyyətə cəlb olunan xarici vətəndaşların yarıdan çoxu İran vətəndaşlarıdır. “Məsuliyyətə cəlb olunanların 1177-si işsizlər təşkil edir. Həyata kçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 37 nəfər xarici vətəndaş tutularaq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 20-si İran, 6-sı Gürcüstan, 5-i Rusiya və 6-sı Nigeriyadandır.
Xarici vətəndaşlardan ümumi çəkisi 215 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb”-deyə idarə rəisi əlavə edib.
Anar Məmmədov /ANS PRESS/