Nabrandan istirahətdən qayıdan gənclər faciə ilə üzləşdi
18 İyul 2010 Bazar 11:00
Qəndab-Yalama yolunda ölümlə nəticələnən qəza baş verib.
Bu gecə 01:15 radələrində Xaçmaz rayonu, konkret olaraq Qəndab-Yalama yolunun 29-cu kilometrliyində, rayonun Qımılqışlaq kəndi ərazisində 4 nəfərin yaralanması və bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin əməkdaşları gəlib. BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Səlimovun ANS PRESS-ə verdiyi məlumata görə, Xaçmaz şəhəri, Süleyman Ələsgərov küçəsi, 21 ünvanında yaşayan 21 yaşlı (1989-cu il təvəllüdlü) Toğrul Famil oğlu Baxışovun idarə etdiyi VAZ-21 07 markalı avtomaşın Xudatdan (Nabran) Xaçmaz istiqamətində hərəkət edərkən yolun soluna çıxıb və meşə massivi ərazisinə düşərək yüksək sürətlə ağaca çırpılıb.
Məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən avtomaşında olan sərnişin, Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 5 ünvanında yaşayan 25 yaşlı Emin Mirzağa oğlu Dadaşov dünyasını dəyişib. Bundan əlavə, maşını idarə edən sürücü, Xaçmaz şəhəri, Zərdab küçəsi, 10-da yaşayan 24 yaşlı Toğrul Baxışov, avtomobildə olan sərnişinlər 24 yaşlı Asif Əli oğlu Abdullayev, Xaçmaz şəhər sakini,Valeh Ələsgərov küçəsi, 5 ünvanında yaşayan 27 yaşlı Valeh Nəbi oğlu Dadaşov, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 80, mənzil 9 ünvanında yaşayan 25 yaşlı Elşən Oqtay oğlu Əliyev dərhal Xaçmaz rayon mərkzi xəstəxanasının travmotologiya şöbəsinə yerləşdiriliblər.
Xaçmaz rayon mərkzi xəstəxanasının travmotologiya şöbəsinin müdari Ağayar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Toğrul Baxışov və Asif Abdullayevin vəziyyəti çox ağırdır. Şöbə müdirinin sözlərinə görə, sürücü koma vəziyyətindədir.
“Digər iki sərnişin, Valeh Dadaşov və Elşən Əliyevin vəziyyəti yüngüldür. Onlar ilk tibbi yardımdan sonra evə buraxılıblar", - deyə şöbə müdiri bildirib.
Müstəntiq Hikmət Səlimovun sözlərinə görə, hadisənin başvermə səbəblərini təyin etmək üçün 263.2 maddəsi ilə cinayət işi açılıb (Zərərçəkən şəxsin ölümünə səbəb olma). “Hadisənin başvermə səbbələri araşdırılır. Tibbi ekspertizanın rəyindən sonra qəzanın hansı səbəbdən baş vercdiyini demək mümkün olacaq”, - deyə Hikmət Səlimov bildirib.
Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, maşın o qədər yüksək sürətlə ağaca çırpılıb ki, ağac əyilərək yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, ölən şəxsin meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: