Hadisə

Musiqili Komediya Teatrında güclü yanğın olub

Yanğınsöndürənlər teatr binasını yanğından mühafizə edib

· Xəbərçi
Musiqili Komediya Teatrında güclü yanğın olub
Bakının Səbail rayonunda Mədəniyyət və Turizm Nazirliyinə məxsus Musiqili Komediya Teatrında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda təmir işləri aparılan binanın divarlarına xaricdən quraşdırılmış taxta ayaqlıqlar 300 kv.m sahədə yanıb.

Hədisə yerinə cəlb olunan yanğınsöndürənlər teatr binasını yanğından mühafizə edib. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər