Müşfiq qəsəbəsində ruhi xəstə maşın vurması nəticəsində ölüb
09 Sentyabr 2011 Cümə 06:47
Mərhumun avtomobil yoluna çıxması yaxınları tərəfindən qısa zamanda nəzarətsiz qalması ilə əlaqədar olub
Ötən gecə Bakı-Şamaxı yolu, Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Qəsəbə sakini Əhlimanov Vasif Ağazadə oğlu yüksək sürətlə hərəkətdə olan avtomobil tərəfindən vurulub. 1 saylı xəstəxanaya çatdırılan yaralı xəstəxanaya daxil olarkən həkimlər ona qapalı kəllə beyin travması, baş beyinin əzilməsi və qarnının küt travması diaqnozu təyin ediblər. Vəziyyətinin ağır olduğu nəzərə alınaraq əməliyyat otağına qaldırılan Vasif Əhlimanov həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Hadisənin baş verməsi səbəblərini baş dövlət yol polis idarəsiin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırır. İdarədən verilən məlumata görə, dünyasını dəyişən Vasif Əhlimanov ruhi xəstə olub və onun avtomobil yoluna çıxması da yaxınları tərəfindən qısa zamanda nəzarətsiz qalması ilə əlaqədardır. Bununla belə, istintaq araşdırmalarına başlanılıb və sürücünün ifadəsi alınıb. Faktla bağlı isə cinayət məcəlləsinin 263.2-ci, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar