Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə külli miqdarda narkotik maddə satmaqda ittiham olunan Əlizamin Rəhim oğlu Əliyevin (müğənni Nazəninin qardaşı) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. ANS PRESS-n APA-ya istinadən verdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma və ya satma - külli miqdarda) maddəsi ilə təqsirləndirilən Ə. Əliyevin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib.
Məhkəmənin hökmü ilə Əlizamin Əliyev 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, Astara rayon sakini, 1960-cı il təvəllüdlü Əlizamin Rəhim oğlu Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. O, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtda saxlanılıb.
Əməliyyatçılar onun üzərindən 80.341 qram narkotik vasitə olan heroin götürüblər. ANSPRESS
Müğənni Nazəninin qardaşına 9 il iş verildi
Məhkəmə Müğənni Nazəninin qardaşı Əlizamin Əliyevin günahının sübuta yetirildiyi qənaətinə gəlib.




Şərhlər