"Müəmmar Qəddafinin oğlu tutulub"
22 Avqust 2011 Bazar Ertəsi 11:25
Paytaxtın 95 faizi artıq üsyançıların əlindədir
Liviyada üsyançıların Milli Keçid Şurasının təmsilçiləri bildiriblər ki, Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam saxlanılıb. Liviya müxalifətinin Qətərdən yayımlanan telekanalı bəyan edib ki, üsyançılar Qəddafinin prezident qvardiyasının üzvləri üsyançılara təslim olub.

Liviya üsyançıları paytaxt Tripoliyə hücum ediblər. Paytaxtın 95 faizi artıq üsyançıların əlindədir. Dünyanın bir çox yerlərində yaşayan Liviyalı mühacirlər isə üsyançıların paytaxt Tripoliyə daxil olmasını bayram edirlər. Londonda yüzlərlə liviyalı küçəyə çıxıb. Misirin paytaxtı Qahirədə də Liviya səfirliyi qarşısında insanlar toplaşıb.

Ən son məlumata görə, üsyançılar Bab əl-Əziziyə rayonunda Qəddafinin bunkerinin ətrafında qızğın döyüşlərə girişiblər. Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar