Hadisə

Müdafiə Nazirliyinin gizirindən narkotik vasitə aşkarlanıb

“N” saylı hərbi hissəsinin giziri Əlibaba Vəlupurdan heroin götürülüb

· Xəbərçi
Müdafiə Nazirliyinin gizirindən narkotik vasitə aşkarlanıb
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri Əlibaba Nasir oğlu Vəlupurdan narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu gecə saat 02.10 radələrində, Yardımlı rayonunun Sırıq kəndi ərazisində Şəki Şəhər-Rayon Polis Şöbəsi Sarıcalı Polis Bölməsinin məsul növbətçisi, polis kapitanı İlham Əhmədovun idarə etdiyi “VAZ-21074” markalı, AZ 10-OE-704 dövlət nömrə nişanlı avtomaşın Yardımlı rayon polis şöbəsi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomaşında sərnişin qismində gedən “N” saylı hərbi hissəsinin giziri Ə.Nasir oğlu Vəlupurdan 710 qram heroin götürülüb.

Şərhlər