Müdafiə Nazirliyi ölən və yaralanan hərbçilərin adlarını açıqladı
29 Yanvar 2010 Cümə 18:30
Müdafiə Nazirliyi ölən və yaralanan hərbçilərin adlarını açıqladı. Əsgərlər zabitlərə atəş açdıqdan sonra bir-birlərini güllələyiblər.
Müdafiə Nazirliyinin Daşkəsən rayonu N saylı hərbi hissəsində baş verən hadisə nəticəsində həlak olan və yaralananların adlarını açıqlayıb.
Qətlə yetirilən hərbi qulluqçular;
Yusif Sadəddin oğlu Cumayev 1973. avqust 1990 Şəki RHK
Vasif Miraləm oğlu Sadıxov 1974. iyul 1992 Ağdaş RHK
Anar Ələddin oğlu Quliyev 1985. iyul 2002 Lənkəran RHK
Elgün Loğman oğlu Səmədov 1989. avqust 2007 Hacıqabul RHK
Yaralananlar:
Valeh Məhəmməd oğlu Babayev 1975. avqust 1993 Göyçay RHK
Samir Eyvaz oğlu Abbasov 1985. oktyabr 2008 Daşkəsən RHK
Bir-birlərini öldürən əsgərlər:
Elxan Bəyalı oğlu Əzizov 1990. yanvar 2009 Bakı, Yasamal RHK
Sadiq Etibar oğlu Məmmədov 1991. oktyabr 2009 Bakı Nəsimi RHK
Qeyd edək ki, yanvarın 28-də saat 18:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər bir-birlərini güllələyərək öldürüblər.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hazırda hadisə yerində araşdırma aparır. İstintaqa respublika hərbi prokurorunun müavini Şəfahət İmranov rəhbərlik edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: