Mövqelərimiz 4 istiqamətdə atəşə tutulub
24 İyul 2010 Şənbə 09:55
Ötən gecə başlayan atışma bu gecə də davam edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 23-də və 24-də bir neçə istiqamətdə atəşkəs rejimini pozub. Erməni ordusu saat 22.30-dan 22.40-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 23.55-dən 00.05-dək Ağdam rayonunun Sarıcalı və Qaraqaşlı kəndləri, iyulun 24-də saat 01.00-dan 01.05-dək Tərtər rayonunun Qızıl Oba kəndi, iyulun 23-də saat 22.25-dən 22.45-dək, iyulun 24-də saat 02.40-dan 02.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar