Hadisə

Mövqelərimiz 4 istiqamətdə atəşə məruz qalıb

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

· Xəbərçi
Mövqelərimiz 4 istiqamətdə atəşə məruz qalıb
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 18-də saat 19.00-dan 19.20-dək Ermənistanın Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 19.00-dlan 19.30-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 20.30-dan 20.50-dək Ermənistanın Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 09.00-dan 09.35-dək və 15.50-dan 16.10-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS

Şərhlər