Moskvaya gedən azərbaycanlı iki gün sonra qətlə yetirildi
19 Fevral 2012 Bazar 03:33
Onu azərbaycanlıların güllələdiyi iddia edilir.
Moskvanın şimalındakı kafelərdən birində Azərbaycan vətəndaşı güllələnib. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, gənc azərbaycanlı kafedə əyləşibmiş. Ona həmvətənləri yaxınlaşıblar və söhbət üçün bayıra çağırıblar. Bu zaman atəş səsi eşidilib. Güllə zərərçəkənin ürəyinə dəyib və o, hadisə yerində keçinib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qətldə şübhəli bilinən 40 yaşlı qafqazlı axtarılır. Qətllə bağlı cinayət işi başlanıb.
Qətlə yetirilən azərbaycanlı bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olan qardaşına yardım etmək üçün Moskvaya iki gün əvvəl gedibmiş.
DOSTLARINLA PAYLAŞ: