Moskvaya 20 mln-dan çox pul aparan azərbaycanlılar tutulub
    20 Dekabr 2010 Bazar Ertəsi 15:10
    Vətəndaşlarımıza qarşı cinayət işi açılıb
    
                	 
    
         Rusiyanın “Vnukovo” hava limanının gömrük əməkdaşları İstanbuldan gələn 3 Azərbaycan və 1 İran vətəndaşını saxlayıblar. 
 
 ANS PRESS-in “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, onların çamadanlarında gömrük bəyannamələrində öz əksini tapmamış 14,5 milyon dollar və 4 milyon avrodan çox nağd pul olub. 
 
 Adıçəkilən vətəndaşlara qarşı 4 cinayət işi açılıb.  Qeyd edək ki, qanuna əsasən Rusiyaya gömrük bəyannaməsində göstərmədən yalnız 10 min dollar civarında nəğd pul keçirmək olar. 
 
DOSTLARINLA PAYLAŞ: