Hadisə

Moskvada qafqazlılar milis əməkdaşlarına hücum ediblər

Rəsmi məlumata görə, 12 qafqazlı saxlanılıb

· Xəbərçi
Moskvada qafqazlılar milis əməkdaşlarına hücum ediblər
Moskvada “Yuqo-Zapadnaya” metro stansiyasının qarşısında 12 qafqazlı saxlanılıb. Hüquq-mühafizə orqanlarından İTAR-TASS-a verilən məlumata görə, onlar milis işçilərinə hücumda şübhəli bilinirlər.

İnsident ötən gün yerli vaxtla saat 19 (Bakı vaxtı ilə 20) radələrində qeydə alınıb. Rəsmi məlumata görə, Qafqaz respublikalarından olan bir qrup şəhər mərkəzinə doğru hərəkət edirmiş. Onların qarşısını üç milis əməkdaşı kəsib. Qafqazlılar milis əməkdaşlarının dağılışmaq tələblərinə məhəl qoymayıblar və milis əməkdaşlarına hücum edərək, onları döyməyə başlayıblar.

Hadisə yerinə əlavə milis qüvvələri cəlb edilib və 12 qafqazlı saxlanılıb.

Şərhlər